Günümüzdə rabitə ehtiyaclarımız mobil telefonlar vasitəsi ilə ödənilir. Ancaq, korporativ sektor bütün biznes proseslərini nəzarət etməsi üçün daxili telefon sistemləri üçün daim xüsusi bilikli mütəxəssislərə və avadanlıqlara ehtiyac var, bu isə çox yüksək qiymətlərə başa gəlir. Bulud əsaslı sistemdə bunların heç birinə ehtiyac olmadan telefon xidmətindən istifadə etməyə imkan verir.
Əslində, VoIP texnologiyası 1990-cı illərin əvvəllərindən ABŞ kimi ölkələrdə həm fərdi, həm də korporativ məqsədlər üçün istifadə edilmişdir. Son vaxtlara qədər ölkəmizdə aktual deyildi. Ancaq, internet xidmətinin keyfiyyətinin artması ilə bərabər İP telefoniya istifadəçilərinin də sayı artmaqdadır.
İP telefoniya nədir? Nə üçündür? Necə istifadə olunur? Bulud texnologiyaları əsaslı həllər hansı üstünlüklər verir? kimi sualların cavablarını daha yaxından nəzərdən keçirək.
İP telefoniya, İP protokolu istifadə edərək, internet vasitəsilə telefon bağlantısı quran sistemdir. Daha aydın desək, İP telefoniya səsli məlumatları internet üzərindən ötürərək, onlayn telefon zəngləri etməyə imkan verən texnologiyadır. İnternet ilə birbaşa işləyir.
Siqnal bir qayda olaraq, informasiya itkisini aradan qaldırmaq və şəbəkə yükünü azaltmaq üçün rabitə kanalından rəqəmsal formada ötürülür.
© UMIDNET. Bütün hüquqlar qorunur. Design by ORUJOV